DİN Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbini açıqlayıb -YENİLƏNİB

  • By ilhame
  • 03 Avqust 2024 19:23

Avqustun 2-də gecə saat 1 radələrində Sumqayıt şəhəri ərazisində 1975-ci il təvəllüdlü Sabit İsmayılovun kəsici-deşici alətlə qardaşı 1972-ci il təvəllüdlü Ədalət İsmayılova yüngül bədən xəsarətləri yetirməsi barədə polisə məlumat daxil olub.

 

Gununsesi.info – ya bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

 

Sərxoş vəziyyətdə olan tərəflər arasında yaranan münaqişə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.

Gununsesi.info