DİN təcridxanada baş verən yanğınla bağlı məlumat yaydı

  • By admin
  • 05 Yanvar 2017 12:04

Dİn

Daxili İşlər Nazirliyi Yetkinlik Yaşına Çatmayanlar üçün Müvəqqəti Təcridetmə Mərkəzinin inzibati binasında baş verən tüstülənmə ilə bağlı məlumat yayıb.

Gununsesi.info Nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 4-də saat 18 radələrində Bakı Şəhər Baş Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlar üçün Müvəqqəti Təcridetmə Mərkəzinin inzibati binasının zirzəmisində qısaqapanmadan tüstülənmə baş verib. Tüstülənmənin qarşısı alınıb, zərərçəkən olmayıb.

Gununsesi.info