DİN Tofiq Yaqublunun durumu barədə açıqlama yayıb

  • By admin
  • 11 Yanvar 2023 19:25

Daxili İşlər Nazirliyi xəstəxanaya yerləşdirilən Tofiq Yaqublu ilə bağlı açıqlama yayıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, bu gün həkim Adil Qeybulla DİN-in İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzinə gedərək Tofiq Yaqublu ilə görüşüb. Həkimin məsləhəti ilə T.Yaqublu ətraflı müayinə olunması üçün xəstəxanaya köçürülüb. Tibbi müayinənin nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək.

Qeyd edək ki, Tofiq Yaqublu səhhəti ilə əlaqədar Ə.D. Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasına yerləşdirilib.

Xatırladaq ki, Tofiq Yaqublu dekabrın 23-də İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xuliqanlıq) əsasında Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs olunub.

Gununsesi.info