
ABŞ Dövlət Departamenti ötən ayın sonlarında dünyada insan alverinə qarşı mübarizəyə dair ənənəvi və növbəti illik hesabatını yayımlayıb.
Həmin hesabatın ölkəmizlə bağlı bölümündə hökumətin əvvəlki hesabat dövrü ilə müqayisədə insan alverinə qarşı mübarizə sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, həmçinin insan alverçilərinin təqibi və həbsi, eləcə də bu cinayətlərin qurbanlarının müəyyən olunması istiqamətində Azərbaycanın səylərini artırdığı, hökumətin qurbanların müdafiəsinin və dövlətin nəzdində fəaliyyət göstərən sığınacaqların maliyyələşdirilməsinə diqqəti artırdığı qeyd olunur.
Bunu hüquq müdafiəçisi Mətanət Əzizovanın yüzlərlə azərbaycanlı qadının İranda seksual istismara məruz qalması ilə bağlı dediklərini şərh edərkən virtualaz.org-a Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə deyib.
Gununsesi.info