Facebook, WhatsApp və İnstagramın birləşdiyi Meta şirkəti açıqladığı hesabatda Azərbaycanda kibercəsus şəbəkəsini çökdürdüyünü bildirir.
Gununsesi.info-nun xəbərinə görə, hesabatda qeyd olunur ki, vətəndaş cəmiyyəti fəallarına, jurnalistlərə, siyasətçilərə qarşı kibercəsusluq fəaliyyəti ilə məşğul olan hibrid şəbəkə çökdürülüb.
Bu şəbəkə müxtəlif fişinq və digər primitiv üsullarla insanların hesablarını ələ keçirmək, saxta profil və səhifələrlə saxta rəy yaratmaqla məşğul imiş.
DİN-nin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə Gununsesi.info-ya açıqlamasında META-nın hesabatında əks olunan iddiaları təkzib edib:
”Tamamilə əsassız iddiadır. Daxili İşlər Nazirliyi ölkədə ictimai asayişi təmin edir, cinayətkarlıqla mübarizə aparır.
Günay Təhməzova
Gununsesi.info