“Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik ediləcək.

  • By admin
  • 12 Oktyabr 2016 14:56

millimeclis-2015_40

Azərbaycanda dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumların fəaliyyəti qadağan edilir.

Gununsesi.info-nun xəbərinə görə,  bununla bağlı “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik ediləcək. 

Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan dəyişikliklər layihəsinə əsasasən, dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumların fəaliyyəti qadağan edilir.
Dini ekstremist fəaliyyətlə məşğul olma dini qurumun ləğv edilməsinə səbəb olacaq.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Gülnaz Qənbərli

Gununsesi.info