
Dindarlara qarşı cəzalar yüngülləşdirilir.
Gununsesi.info xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dini etiqad azadlığı haqqında” qanun layihəsinə dəyişikliklər müzakirə olunub.
Qanun layihəsinə edilən dəyişikliklər barədə məlumat verən İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, qanuna nəzərdə tutulan dəyişikliyə əsasən dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır.
Qanunun 21-ci maddəsinin üçüncü hissəsinə “Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla islam dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilərlər” bəndi əlavə edilir. Qanunun 24-cü maddəsinə isə “Vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dini mərkəz tərəfindən həyata keçirilir” əlavə edilib.
Layihə səsə qoyularaq qəbul edilib.
Mürtəza
Gununsesi.info









