Dini qurumlarla bağlı dəyişiklik yenidən müzakirə olundu

“Dini etiqad azadlığı haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihə yenidən müzakirə olunub.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında fikir mübadiləsi aparılıb.

HTML tutorial

Deputatlar parlamentin yaz sessiyasının ilk iclasında birinci oxunuşda müzakirəyə çıxarılan qanun layihəsi barədə təklif edilən məsələləri nəzərdən keçiriblər.

Komitə daxilində müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda parlamentin plenar iclasına tövsiyə edilib.

Gununsesi.info