“ Dini Radikalizm Bəşəri Cinayətdi” adlı tədbir keçirilib

  • By admin
  • 22 Fevral 2017 09:52

din

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı” İctimai Birliyi və Mingəçevir şəhərində fəaliyyət göstəərn Kəlbəcər rayon 87 saylı məktəbin təşkilati dəstəyi “ Dini Radikalizm Bəşəri Cinayətdi” adlı tədbiri keçirilib.

Gununsesi.info xəbər verir ki, təşkil olunan tədbirin əsas məqsədi dinimiz olan İslamın  humanist din olmasını, həmçinin insanlığın bəşəriyyətin sülh və əmin amanlıq altında yaşamasını, din, dil, irqayrı seçkiliyi etmədən, milliyətindən asılı olmayaraq hər kəsin yaşamaq hüququnun olmasını, “bir insanı öldürən bütün bəşəriyyəti öldürmüş kimi olur”-  şüarlarını bayraq etmiş, islamı mükəmməl şəkildə anlatmaqdan ibarət idi. Tədbirdə müxtəlif terror təşkilatlarının o cümlədən ermənilərin Xocalıda törətdiyi vəhşiliklərin həmçinin insanlara qarşı necə acımasız işgəncələr həyata keçirərək öldürməsi ilə bağlı müxtəlif fotoşəkillər sərgiləndi. Tədbirin açılışında 2017- ci ilin Cənab Prezident İlham Əliyevin veridyi sərəncam ilə İslam Həmrəylik ili elan olunması qeyd olundu. Tədbir zamanı məktəblilərin ifasında islamın barış, sülh, sevgi, dostluq dini olması haqqında kiçik səhnəciklər nümayiş olundu. Bundan başqa video roliklər vasitəsi ilə tədbir iştirakçılarına teror və dini radikalizmin necə bəşəri cinayət olduğu və bunun  insanlığın məhvinə səbəb olmağından danışıldı. Tədbirdə müxtəlif dillərdə (azərbaycan, türk, rus, ingilis, italyan, fransız, ərəb, fars, alman) hazırlanmış maraqlı video rolikdə təqdim olundu. Hazırlanmış videonun əsas məqsədi canlarına qıyılan günahsız insanların ruhlarının sakitliyi xatirinə İslamdan öz məqsəd və mənafeləri üçün yalan, yalnış istifadə edənlərə və bu işi təşkil edənlərə kiçik mesaj vermək və insanları sülhə, dostluğa çağırmaq idi. Bundan başqa Tədbirdə Kəlbəcər məktəbinin direktoları, Ağdam məktəbinin direktoru, ziyalılar, müəllimlər və  X, XI sinif şagirdləri iştirak etdi. Çıxış edən məktəb direktoru Zülfiyyə Hüseynova cənab Prezident İlham Əliyevin verdiyi sərəncam ilə 2017 ci ilin İslam Həmrəyliyi ili elan olunmasından və bunun əhəmiyyətindən danışdı. Daha sonra Dini Radikalizm və Terror fəlakəti haqqında danışaraq çıxışını davam etdirdi. Sonra çıxış üçün söz məktəb direktorlarına və dəvət oluna qonaqlara verildi. Sonda tədbirin təşkilatçısı Türkan Əkbərova çıxış etdi. Çıxışı zamanı məktəblilər arasında Dini radiklazim və terrorla bağlı maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətindən danışdı. Bu ilin İslam Həmrəyliyi ili elan olunmasından, dinimizin humanistliyindən və dəyərindən danışdı. Çıxışına davam edərkən, din uğrunda edilən müharibələrin və ya din pərdəsi altında aparılan işğalçılıq fəaliyyətlərinin  dini radikalizmin bariz örnəklərini təşkil etməsindən, günümüzdə isə dini radikalizm məzhəblər və dinlər arası dözümsüzlük və zorakılıq və ya dini motivlərlə törədilən terror aktlarında təzahür etməsi amilini əsas gətirdi. Təəssüf doğuran hal isə son on illikdə islami radikalizmin kəskin surətdə yüksəlişə keçməsi və bunun əsas zərərinin sivil insanlar, körpələr, günahsız insanların ödəməli olduğundan danışdı.Tədbirin təşkilatçısı Türkan müəllimə qeyd etdi ki, tarixin dünənindən bugünə kimi ölkəmizdə dini qarşıdurma hallarına rast gəlinməyib. Onu da qeyd etdi ki, cəmiyyətimiz nə qədər savadlı gənclər yetirsə bundan sonraki illərdə də Azərbaycanda heç vaxt dini qarşı durmanın olmayacağı qəanətinə gəldiyini söylədi. Məktəblilərin gələcək həyatında bu kimi təşviqlərə aldanmamasının, İslam dinini gözəllikləri ilə anlayıb dərk etmələrinin vacibliyini vurğuladı. Dinimizİslam dininin mərhəmət, sevgi, barış dini olmasından və insanları narahat edən anti İslam təbliğatının əslində İslam dininə heç bir uyğunluğunun  olmamsından danışdı.Və sonda təbdirin keçirilməsi üçün məktəbində şərait yaradan Ağdam rayon 51 saylı məktəbin direktoru Afaq müəllimə dərin təşəkkürünü bildirdi. Tədbirin sonunda aktiv fəaliyyətlərinə görə tədbirdə iştirak edən şagirdlərə sertfikatlar tədqim olundu.

din2 din1 din3 din4 din8 din7 din6 din5

Gununsesi.info