“Dinin nəzarətində olan təhsil ocaqları bağlanmalıdır” - Millət vəkili

  • By admin
  • 22 İyul 2016 16:10

 

ibrahim

“Dini və digər cərəyanları təbliğ edən təhsil ocaqlarının fəaliyyəti dayandırılmalıdır. Çünki bi cür təhsil ocaqları cəmiyyət və dövlətçilik üçün təhlükədir .Ona görə də, təhsil ocaqlarının hər hansı dini və digər ideoloji cərəyanların nəzarətində olmasına imkan vermək olmaz”-millət vəkili Fəzail İbrahimli.

Türkiyədə baş verən son olaylar bir daha sübut etdi ki, təhsil ölkənin idarə edilməsində strateji sahədir. Bu sahədə buraxılan hər hansı boşluq, yanlışlıq, diqqətsizlik, təhsilzilik özünü son anda dövlət idarəçiliyində biruzə verir. Xüsusən də təhsil ocaqlarının hansısa ideologi qurumların istər bu dini, istərsə də digər cərəyanların nəzarətində olması sonda təkcə cəmiyyətə deyil, eyni zamanda dövlət üçün də ciddi təhlükə yaradır. Odur ki, təhsil sahəsinin əhəmiyyətini nəzərə alaraq təhsil sahəsinə diqqət yetirmək lazımdır. Dünyəvi prinsiplərə əsaslanan yüksək təhsil verən və kadrlar yetişdirən təhsil ocaqları yaradılmalıdır. Əks təqdirdə cəmiyyətdə dünyəvi ideyalara sadiq peşəkar kadr və savadlı insanlar olmadıqda, onların yerini dini təmayüllü və digər cərəyanlara məxsus kadrlar tutur ki, bunun da faciəsini sonda kimliyindən asılı olmayaraq hamı yaşayır. Məsələnin aktuallığını nəzərə alıb millət vəkillərini bu problemə mövqelərini öyrənməyə çalışdıq.

Millət vəkili Asim Mollazadə Gununsesi.inf-oya açıqlamasında bildirdi ki, Azərbaycan ilk demokratik və dünyəvi ölkə olduğundan, burada din dövlət idarəçiliyindən və təhsildən müəyyən mənada kənarda saxlanılır: “Mustafa Atatürkdə zamanında Türkiyə dövlətini qurarkən bu prinsiplərə sadiq qalaraq dini dövlət və təhsildən ayrı tutmağa çalışdı. Amma son dövrlərdə bu sahədə yaranmış boşluq müəyyən problemlər yaratdı. Ona görə də, hesab edirəm ki, o təhsil ocağında təhsillə yanaşı dini ideologiya təbliğ olunursa buna ciddi nəzarət olmalıdır”.

 

asim

Millət vəkilinin fikrincə, Azərbaycanda belə bir problem olmasa da, bu məsələ də ehtiyatlı olmaq lazımdır: “Xüsusən də kadrların seçilməsi zamanı bu məsələlərə diqqət yetirmək lazımdır ki, sonda problemlər yaşanmasın”.

Deputat Fəzail İbrahimlinin fikrincə, dövlətin təhlükəsizliyi ilə məşğul olan orqanlar vardır ki, onlar dövləti gözləyən hər hansı təhlükəni vaxtıında önləyə bilsinlər. “Son zamanlar dünyada və Türkiyədə baş verən hadisələr bir daha sübut edir ki, təhsil cəmiyyətin və dövlətin idarə edilməsində müstəsna rola malikdir. Bu elə bir strateji sahədir ki, dövlətin və cəmiyyətin gələcəyi ondan asılıdır”-deyə, millət vəkili vurğuladı.

Azərbaycanda bəzi təhsil ocaqlarının dini cərəyanlara bağlılığına gəldikdə isə millət vəkili bildirdi ki, son illərdə Azərbaycanda bu istiqamətdə addımlar atılıb: “Bu cür pereventiv addımlar daimi olmalıdır ki, təhsil sahəsindəki vəziyyəti nəzarətdə saxlamaq mümkün olsun. Təhsil ocaqlarının hər hansı dini və digər ideoloji cərəyanların nəzarətində olmasına imkan vermək olmaz. Bu dövlət və dövlətçiliyə, cəmiyyət üçün çox ciddi problemlərin yaranmasına gətirib çıxarır. Bir çox hallarda belə cərəyanların nəzarətində olan təhsil ocaqlarnda təhsilin səviyyəsi yüksək olduğundan insanlar da keyfiyyətli təhsil üçün bu təhsil ocaqlarına üz tutur”.

Millət vəkilinin fikrincə, elə bu qüvvələrində əsas hədəfi ondan ibarətdir ki, daha savadlı adamları özlərinə cəlb edib, məqsədləri üçün istifadə edirlər. “Elə götürək terror təşkilatlarının başında durnaları… Məgər onlar savadsız insanlardır? Xeyr. Keyfiyyətli təhsil almış insanlardır ki, özünə qəsd etməyi bacaran insanlar yetişdirir.Belə hadisələrlə üzləşmək istəmiriksə, o zaman keyfiyyətli təhsil sistemini yaratmalıyıq. Çoxsaylı yüksək təhsil verən alternativ ali təhsil ocaqları olmalıdır ki, insanlar bu imkandan yararlana bilsin. Ancaq bu yolla cəmiyyəti gözləyən təhlükədən xilas etmək olar. Çünki bir daha təkrar edirəm ki, savadl insanlar savadsızlardan fərqli olara cəmiyyətə daha böyük ziyan vura bilirlər. Alternativ olmadıqda insanlar bu cür məktəblərə üz tutur ki, bunun da nəticəsi də hamıya bəllidir. Bu sonda təhlükəyə gətirib çıxarır. O baxımdan təhsil cəmiyyətin və dövlətin idarəedilməsində müstəsna rola malik strateji bir sahədir. Bu sahəyə ciddi diqqət yetirilməlidir.

Əgər hər hansı təhsil ocağında dini və digər cərəyanların ideolojki təbliğatı aparılırsa, o təhsil ocağının fəaliyyəti dayandırılmalıdır”.

 

Mürtəza Bünyadlı