Diplomat çıxış edərkən qəfildən öldü - VİDEO

  • By admin
  • 10 Avqust 2022 11:23

Səudiyə Ərəbistanlı diplomat Məhəmməd Əl-Qəhtani Qahirədə çıxış edərkən qəfildən dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, hadisə diplomatın evində keçirilən konfrans zamanı baş verib.

“Harada olursunuzsa olun, ölüm sizi tapacaq. Sağlam və təmiz qəlblə Allaha qovuşmuş kəslərdən başqa heç kəs üçün heç bir məqam və dəyər yoxdur”, – diplomatın son sözləri belə olub.

Əl-Qəhtani tədbirdə çıxışı zamanı Misir, Səudiyyə Ərəbistanı və BƏƏ prezidentləri və kralları haqqında danışıb. O, Səudiyyə kralı Salman ibn Əbdüləziz Əl Səudu böyük insan adlandırıb:

“Onun hökmranlığı dövründə ölkə terrorizm və digər problemlərdən xəbər tutmayıb”.

Xəbərdə bildirilir ki, Qəhtani elə tribunada ikən infarkt keçirib.

Gununsesi.info