Diplomatik korpusun nümayəndələri Tərtər və Ağdama gedir

  • By admin
  • 28 Noyabr 2020 10:00

“Prezident İlham Əliyevin tapşırığına əsasən diplomatik korpusların və beynəlxalq təşkilatların rəhbərlərini Tərtərə və işğaldan yeni azad edilən Ağdama aparırıq”.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbsəinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında paylaşım edib.

“Biz Tərtərdə Ermənistan tərəfindən edilən ağır bombardmanın nəticələrini görəcəyik. Ağdam dağıdılaraq “ruhlar şəhəri”nə çevrilib. “Qarabağ” futbol klubu da bizimlədir”.

Gununsesi.info