Diplomatlarımız Rusiya əleyhinə qətnamənin səsverməsinə qatılmayıb

  • By admin
  • 16 Noyabr 2022 11:26

BMT Baş Assambleyası xüsusi sessiyasının iştirakçıları Rusiyanın Ukraynaya vurduğu ziyanın beynəlxalq reyestrinin və Rusiyanın Ukraynaya vurduğu ziyana görə təzminat ödəməsinin beynəlxalq mexanizminin yaradılmasını ehtiva edən qətnamə qəbul edib.

Gununsesi.info-nun xəbərinə görə, bu qətnamənin leyhinə 193 ölkədən 94-ü, əleyhinə 14-ü səs verib. 73 ölkə bitərəf qalıb.

Sənədin qəbulunun əleyhinə Rusiya, Belarus, Zimbabve, İran, Çin, Şimali Koreya, Kuba, Mali, Nikaraqua, Suriya, Baham adaları, Mərkəzi Afrika Respublikası, Eritreya və Efiopiya səs veriblər.

Keçmiş sovet respublikalarından Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan bitərəf qalıblar.

Azərbaycan və Türkmənistan səsvermədə ümumiyyətlə iştirak etməyiblər. Mərakeş, Tanzaniya, Seneqal, Venesuela və Burkina-Faso da səsverməyə qatılmayıblar.

Gürcüstan, Latviya, Litva, Moldova, Ukrayna və Estoniya qətnamənin qəbuluna səs veriblər.

 

Qeyd edək ki, bu,  Azərbaycan diplomatlarının BMT-də və digər beynəlxalq qurumlarda ilk hərəkətləri deyil.

Təəssüflər olsun ki, Azərbaycan Rusiya əleyhinə olan səs vermələrdən müxtəlif bəhanələrlə yayınıb.

 

Günay

Gununsesi.info