Türkiyə mümkün hakimiyyət dəyişikliyindən asılı olmayaraq öz vasitəçilik imkanlarını davam etdirmək istəyir.
Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu”nun efirində deyib.
O söyləyib ki, vasitəçilik Türkiyə diplomatiyasının ən güclü silahıdır: “Odur ki, bu istiqamətdə imkanlarımızı gücləndirməkdəyik”.
H. Fidan həmçinin söyləyib ki, Türkiyə xarici siyasətində əsas dəyişikliklərdən biri də səfirlərin təhlükəsizliyinin gücləndirilməsidir: “Mümkün hücumların qarşısının alınmasını istəyirik”.
Gununsesi.info