
ABŞ dövlət katibi Antoni Blinken oktyabrın 7-dən sonra 5-ci dəfə Yaxın Şərqə gedəcək və həmsöhbətləri ilə Qəzzada son vəziyyəti və məhbus mübadiləsi prosesini dəyərləndirəcək.
Gununsesi.info xəbər verir ki, ABŞ Dövlət Departamentinin açıqlamasına görə, ABŞ dövlət katibi Blinken 4-8 fevral tarixləri arasında Səudiyyə Ərəbistanı, Misir, Qətər, İsrail və İordan çayının qərb sahilinə səfər edəcək.
Açıqlamaya görə, Blinken əsir mübadiləsinin baş tutması və “humanitar pauza” verilə bilməsi üçün tərəflər arasında razılaşmanın əsaslarını yenidən araşdıracaq və Qəzzaya humanitar yardımların çatdırılması üçün müvafiq ölkələrlə görüşəcək.
İsrail ilə Fələstin arasında daimi sülhün bərqərar olması üçün diplomatik görüşlərin də aparılacağı Blinkenin gündəmindəki digər mövzu isə Husilərin Qırmızı dənizdəki hücumları ilə bağlı son vəziyyət olacaq.
ABŞ-ın dövlət katibi Antoni Blinken dördüncü Yaxın Şərq turuna ötən ay Türkiyədən başlayıb. Yanvarın 5-də Türkiyəyə gələn Blinken əvvəlcə xarici işlər naziri Hakan Fidan, daha sonra prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Mətbuata qapalı keçirilən Ərdoğan-Blinken görüşündə xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın və ABŞ-ın Ankaradakı səfiri Cefri Fleyk də iştirak edib.
Gununsesi.info