Diqqət: Göytəpənin də adı farslaşdırılır – Müraciət

  • By admin
  • 04 İyun 2017 10:59

 mahabad

 

Mahabadın (Soyuqbulaq) islahatçı millət vəkili Cəlal Mahmudzadə Azərbaycanın əzəli bölgəsi Göytəpənin adını dəyişdirmək qərarına gəlib.

Axar.az xəbər verir ki, İran Daxili İşlər Nazirliyinə məktub yazan millət vəkili əsassız səbəblər göstərərək, Göytəpənin adınının türkcədən fars və ya kürd dilinə dəyişdirilməsini istəyib. O, Azərbaycanın əzəli ərazisi üçün terror qruplaşmaları tərəfindən vaxtaşırı dilə gətirilən “Mokrian”, “Zaqros”, “Manadəşt”, “Aqridəşt”, “Abadşəhr”, “Madşəhr”kimi yeni adlar da təklif edib.

Qeyd edək ki, İranda Azərbaycan şəhərlərinin adlarının dəyişdirilərək farsca adlandırılması prosesi yeni deyil. Cəlal Mahmudzadənin millət vəkili olduğu şəhərin adı Soyuqbulaq olub və Pəhləvi rejimi tərəfindən dəyişdirilərək Mahabad adlandırılıb. Bu proses İslam Cümhuriyyəti dövründə də davam edir.

 

Gununsesi.info