Diqqət: Satışda saxta və təhlükəli duzlar var

  • By admin
  • 24 İyun 2016 17:08

axta duz

 

Külli miqdarda yodsuz duz bazara daxil olub Azərbaycanın əmtəə bazarında əhalinin sağlamlığına ziyan vuran saxta və təhlükəli duzlar satılır. Gununsesi.info- xəbər verir ki, bu barədə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov öz facebook səhifəsində məlumat yayıb.

E.Hüseynov qeyd edib ki, əmtəə bazarına sorğu-sualsız daxil olan həmin saxta duzlar Abşeron rayonu ərazisində istehsal edilərək bazara çıxarılır: “Hökumət tərəfindən sahibkarlığın inkişafı üçün yaradılmış rahat şəraitdən bəzi sahibkarlar sui-istifadə edirlər. Bazara təhlükəli mallar daxil olur. 800 addan çox mallar, ümumiyyətlə, sertifikatlaşdırılmadan satılır” .

Bu barədə Abşeron polisinə məlumat verildiyini deyən E.Hüseynov Azad İstehlakçılar Birliyi bu vəziyyətdən çox narahat olduğunu vurğulayıb: “Abşeron rayonu ərazisində istehsal olunan və satışı qanunla qadağan edilən külli miqdarda yodsuz duz bazara daxil olub”.

AİB sədri istehlakçıları duz alarkən ehtiyatlı olmağa çağırır.

 

Gununsesi.info