Direktor: Azərbaycanın qeyri-neft ixracı bu il ən azı 16% artıb

  • By admin
  • 03 Dekabr 2019 16:14

“Bu il ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ilkin göstəricilərə görə, ən azı 16% artıb”.

Gununsesi.org APA-ya istinadən məlumat verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “İslahat icmalı” dövlət idarəetməsində aparılan islahatlara həsr olunan mətbuat konfransında deyib.

İcraçı direktor bildirib ki, qeyri-neft sənayesində artım 15%-in üzərindədir: “Rabitə və yüksək texnologiyalar, informasiya texnologiyaları sahəsində artım 17%-in üzərindədir. Kənd təsərrüfatında artım 7%-dən çoxdur. Bu temp, yəqin ki, ilin sonuna qədər qorunacaq. Bütün bunlar müsbət nəticələrdir”.

Gununsesi.org