Direktor məsuliyyətə cəlb olunacaq -RƏSMİ AÇIQLAMA

  • By admin
  • 13 Yanvar 2017 10:10

mekteb-101 

Şəmkirin Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində baş verən qalmaqallı hadisə ilə əlaqədar Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin əməkdaşları və Şəmkir Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçilərinin dünəndən etibarən başladıqları araşdırmalar bu gün də davam etdirilir. 

Şəmkir Təhsil Şöbəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı Kənan İbrahimovun Gununsesi.info-ya verdiyi məlumata görə,  hazırda məktəbdəki müəllimlərdən izahat alınır6 “Araşdırma başa çatdıqdan sonra nəticə barədə mediaya geniş məlumat veriləcək. Laborant Xatirə Əliyevanın iddiaları təsdiqlənərsə, direktor məsuliyyətə cəlb olunacaq. Deyilənlər  isbat olunarsa, bu işlə artıq Təhsil Nazirliyi deyil, hüquq-mühafizə orqanları məşğul olacaq”.   

Qeyd edək ki, Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbinin direktoru Akif Namazov və orada laborant işləmiş Xatirə Əliyeva arasında qalmaqal olub. Adıçəkilən məktəbdə laborant işləmiş Xatirə Əliyeva mətbuata müraciət edərək məktəb direktorunu rüşvət almaqda ittiham edib. Direktor isə X.Əliyevanı xidməti noutbukda seks videosu olduğu üçün işdən uzaqlaşdırdığını açıqlayıb.

Anar

Gununsesi.info