Direktor təsdiqlədi! İxtisarlar edilib: "İyul ayında hər şey öz həllini tapacaq

  • By admin
  • 18 Aprel 2017 16:08

80b739c108fd857111308b64c6605bb7

Mirzə Fətəli Axundov adına Milli Kitabxana da ixtisarlara başlanılmasıyla bağlı sosial şəbəkələrdə müzakirələr açılıb. 

Belə ki, sözügedən kitabxana da qənaət rejiminə keçirildiyi üçün 5 şöbənin ləğv olunaraq əvəzinə 3 şöbə təsis edildiyi söylənilir.

Milli Kitbxanadan Gununsesi.info-ya xəbərin doğruluğu təsdiqlənsə də, fərqli məlumat verilib. Direktoru  Kərim Tahirovun sözlərnə görə, hazirda kitabxanada 5 şöbə ləğv edilərək, əvəzində 2 şöbə yaradılıb. Direktorun sözlərinə görə,  şöbələr ləğv edilsə də, işçilər ixtisara salınmayıblar:

“Bu prosesə 6-7 ay idi ki,  hazırlaşırdıq. İşçilərə gəlincə isə  məzuniyyətə məcburi yox, könüllü göndəriliblər. Əməkhaqqı fondunda kiçik çatışmazlıq var. Bütün bunlar  iyul ayında öz həllini tapacaq. Kim öz hesabına məzuniyyətə getmək istəmirsə, işini davam etdirir. Əvvəllər öz hesabına məzuniyyət vermirdik, indi təklif etdik ki, kim istəsə 5-10 gün məzuniyyət götürə bilər.  Lakin  bu məcburi yox, könüllü surətdə edilib-, deyə o bildirib.

Gülnaz Qənbərli

Gununsesi.info