Direktor və müəllimlərin işə qəbul qaydalarında yenilik olacaq

  • By admin
  • 26 Aprel 2018 12:06

“Bu il məktəb direktorlarının və müəllimlərin işə qəbulu qaydalarında yeniliklər olacaq”. Gununsesi.info xəbər verir ki,  bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, müəllimlərin işə qəbul qaydaları ilə bağlı layihə hazırlanıb, qaydalarda yeniliklərin tətbiqi planlaşdırılır: “Müəllimlərin işə qəbul qaydaları növbəti həftələrdə təsdiq olunacaq. Layihə təsdiqləndikdən sonra əlavə məlumat veriləcək”.

E. Bağırov qeyd edib ki, bu il məktəb direktorlarının işə qəbulu ilə bağlı müsabiqənin keçirilməsi də nəzərdə tutulub: “Direktorların işə qəbulu qaydalarında da dəyişikliklər ediləcək. Lakin hələlik qaydalar hazır deyil”.