Direktordan 11-ci sinif şagirdinin ana olması xəbərlərinə reaksiya

“Salyan rayonu Pambıqkənddə məktəbli qızların erkən nikaha cəlb edilməsi halları bizdə təəssüf doğurur”.

 

Gununsesi.info xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

O bildirib ki, regionlarda bu tipli hallar hələ də baş verir: “Ana olmağa hazırlaşan həmin qız 9-cu sinifdə imtahan verib və 10-cu sinfə keçib. Lakin davamiyyətlə bağlı problem olduğu üçün sinifdə saxlanılıb və yanvar ayında məktəbdən xaric edilib. Məktəb rəhbərliyi üzərinə düşəni edib və regional idarəetmə orqanı tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilib”.

Qeyd edək ki, bir neçə gün əvvəl Salyanda 11-ci sinif şagirdinin ana olması ilə bağlı məlumatlar müzakirələrə səbəb olub.

 

 

 

Gununsesi.info