Dirijor Nizami Məmmədov vəfat etdi

  • By admin
  • 16 Sentyabr 2021 22:39

Azərbaycanın əməkdar mədəniyyət işçisi, Naxçıvan Dövlət Filarmoniyasının estrada orkestrinin bədii rəhbəri və baş dirijoru Nizami Məmmədov vəfat edib.

Gununsesi. info Trend-ə istinadən xəbər verir ki, o, 74 yaşında dünyasını dəyişib.

Nizami Məmmədov eyni zamanda Naxçıvanda ilk estrada orkestrinin qurucusudur, uzun illər pedoqoji fəaliyyətlə də məşğul olub.

Allah rəhmət eləsin!

Gununsesi. info