
Uzun dırnaq saxlamaq bəzən çox çətin olur, hətta mümkün olmur. Xanımlar nə qədər istəsə də, dırnaqları ya qırılır, ya da uzansa belə, üstü paralanaraq qopur.
Gununsesi.info-nun ailem.az-a istinadən verəcəyi bu qəribə üsulla dırnaqlarınız istədiyiniz uzunluqda və sağlam olacaq.
Bir neçə diş sarımsağı əzin. Şəffaf dırnaq boyanızın içinə tökün. Həmin boyanı qaranlıq yerdə 7-8 gün saxlayın. Hər gün şüşəni çalxalamağı unutmayın. Bu boyadan istifadə etdikdən az müddət sonra dırnaqlarınızın necə sağlam olduğunu və uzandığını görəcəksiniz.
Həmçinin bu boyanı çəkdikdə əlinizdən sarımsaq qoxusu da gəlməyəcək.
Gununsesi.info