
Bakıda klinikaya basqın olub.
Gununsesi.info xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində stomataloji klinikaların birində baş verib. Klinikaya daxil olan şəxslər orada işləyən Xəyalə Piriyevaya və Səlim Eyvazova zor tətbiq edərək mobil telefonlarını alıblar. Zərərçəkmişlərin şikayəti ilə çox çəkməyib ki, Binəqədi polisi hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Fikrət Rzayev və Fəhmin Atakişiyevi tutublar. Dindirilmə zamanı onlar əməllərini etiraf ediblər.
Polis araşdırma zamanı müəyyən edib ki, dostlar diş ağrısını bəhanə edərək klinikaya daxil olublar. Heç bir diş ağrısı olmayan gənclərin məqsədləri soyğunçuluq etmək olub. Faktla bağlı hər iki şəxs barəsində rayon Polis İdarəsində soyğunçuluq maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.
Gununsesi.info