Dişləri ağappaq etməyin yolu

  • By admin
  • 20 İyun 2016 12:12

Saghlamliq

 

Araşdırmalara görə, insanların 18 faizi fotolarda dişlərini gizlətməyə çalışır. Buna səbəb onların dişlərinin sarı rəngdə olmasıdır. Çoxları bu problemi dişləri ağartmaqda görür. Lakin sirr deyil ki, diş ağardıcı məhsullar dişlərə çox zərər verir, həmçinin bir müddət sonra dişlər yenidən saralır.

 

Gununsesi.info bu yazıda dişləri ucuz və effektli yolla ağardan resept təqdim edir:

 

Ərzaqlar:

1 xörək qaşığı hind qozu yağı

1 xörək qaşığı sarıkök

 

Hazırlanması:

1 xörək qaşığı hind qozu yağına 1 xörək qaşığı sarıkök əlavə edib qarışdırın. Dişləri bu qarışıqla yuyun. Təmizləmə əməliyyatı bitdiyi vaxt dərhal tüpürməyin, məcun bir-iki dəqiqə dişlərdə qalmalıdır. Bu prosesdən sonra dişlər müvəqqəti olaraq saralacaq. Sonda adi diş məcunu ilə dişləri bir daha təmizləyin. Təmizləmə əməliyyatını bir neçə dəfə təkrar etdikdə olduqca təsirli nəticələr verir.

 

Qeyd edək ki, sarıkök diş daşları və ləkələri yox etmək xüsusiyyətinə malikdir. Həmçinin antibakterial və iltihab önəliyicidir.