Diyarbəkirdə qəza – 3 nəfər öldü

  • By arzu
  • 18 Sentyabr 2023 17:02

Türkiyədə faciəvi yol qəzası baş verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, qanlı olay zamanı idarəetmədən çıxan avtomobil yuvarlanaraq qəzaya uğrayıb.

Qəza zamanı 3 nəfər dünyasını dəyişib.

Olay Türkiyənin Diyarbakir şəhərində yaşanıb.

Sürücünün sükana nəzarəti itirməsindən sonra baş verən qəza avtomobilin bir neçə metr yuvarlanmasına səbəb olub.

Olay zamanı avtomobilə ciddi ziyan dəyib.

Qəzanın baş verdiyi yerə çoxlu sayda polis, tibb və təhlükəsizlik işçiləri cəlb edilib.

Hadisə ilə bağlı araşdırmalar başladılıb.

 

Tərcümə: Arzu

Gununsesi.info