Diyarbəkirdəki terrora görə bələdiyyə sədri həbs olundu

  • By admin
  • 16 Sentyabr 2019 22:53

Diyarbəkirin Kulp qəsəbəsində 7 nəfərin ölümü, 10 nəfərin yaralanması ilə nəticələnmiş terror hadisəsinə görə HDP-li bələdiyyə sədri Mehmet Fatih Taş həbs edilib.

Gununsesi.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Taşla birlikdə daha 5 nəfər həbs olunub.

Qeyd edək ki, Kulp bələdiyyəsinə aid avtomobil terror hücumundan əvvəl hadisə yerində görülüb. Ancaq daha sonra kameraların incələnməsi zamanı bəzi görüntülərin silindiyi və sənədlərin itdiyi məlum olub.

 

Gununsesi.org