Dizel mühərrikli nəqliyyat vasitələrinin istismarı qadağan ediləcək

  • By admin
  • 01 Avqust 2017 22:40

dizel

Almaniyanın Ştutqart şəhərində dizel mühərrikli nəqliyyat vasitələrinin istismarı qadağan ediləcək.

Gununsesi.info “ntv.com.tr” saytına istinadla xəbər verir ki, bu barədə qərar Almaniyanın Ətraf Mühiti Qoruma Təşkilatının tələbi əsasında Ştutqart İnzibati Məhkəməsi tərəfindən qəbul edilib və 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minəcək. Buna səbəb isə dizel mühərrikli nəqliyyat vasitələrinin insan orqanizmi üçün zərərli olan nitrit oksid emissiya etməsidir. Bu zərərli maddələrin azaldılması mümkün olmadığına görə dizel mühərriki ilə işləyən avtomobillərin yollara çıxması qadağan edilir.

Gununsesi.info