Rusiyanın baş naziri Dmitri Medvedev Türkiyəyə səfər edəcək.
Gununsesi.info xəbər verir ki, baş nazir Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoöanın 9 iyulda gerçəkləşdiriləcək andiçmə mərasiminə qatılacaq.
Türkiyənin Prezident Adminstrasiyasından əldə edilən məlumata görə, Rəcəb Tayyib Ərdoğan 9 iyul yerli vaxtla saat 16:00-da (Bakı vaxtilə saat 17:00 – red.) Türkiyə Böyük Millət Məclisində and içəcək.
Andiçmədən sonra Prezident Hökumət Sisteminə keçid mərasimi keçiriləcək.
Xatırladaq ki, Ərdoğan 24 iyunda keçirilən növbədənkənar prezident seçkilərində 52% səslə qalib gəlmişdi.