Dmitri Nazarov Almaniyada tarixə düşdü

  • By admin
  • 23 Oktyabr 2019 10:36

Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov çıxış etdiyi “Aue”nin tarixinə düşüb.

Gununsesi.org xəbər verir ki, buna səbəb onunyerinə yetirdiyi 12 penaltidən 11-də dəqiq olmasıdır.

Belə ki, “Aue”nin “Nürnberq”ə 4:3 hesabı ilə qalib gəldiyi qarşılaşmada komandasının ilk qoluna 62-ci dəqiqədə penaltidən məhz Nazarov imza atıb.

Bu daona  rekord üçün kifayət edib. “Aue”də 12-ci dəfə penalti zərbəsi yerinə yetirən 29 yaşlı hücumameyilli oyunçu bunun 11-də çərçivəyə düşüb. Bununla millimizin üzvü sabiq “Aue”li Yorq Emmerixə (2003-2008) məxsus 10 penalti qolu rekordunu yeniləyib.

Qeyd edək ki, Dmitri Nazarov 2016-cı ildən “Aue”nin şərəfini qoruyur.

 

Gununsesi.org