Dneprə raket hücumu: Yaralı sayı 30-u keçdi

  • By admin
  • 26 May 2023 21:16

Mayın 26-da Rusiyanın Dneprə endirdiyi raket hücumu nəticəsində yaralananların sayı 31 nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Prokurorluğu məlumat yayıb.

“İki nəfər ölüb, daha 31 nəfər yaralanıb, onlardan ikisi uşaqdır, 3 və 6 yaşları var”, – məlumatda deyilir.

Həmçinin qeyd edilir ki, tibb müəssisəsi və baytarlıq poliklinikasına, doqquz yaşayış binası, sakinlərin şəxsi evləri və avtomobillərinə ziyan dəyib.

Gununsesi.info