Dodon İlham Əliyevə məktub göndərdi

  • By admin
  • 07 İyun 2017 19:38

2017_ilham_aliyev_01

 

Moldova Respublikasının Prezidenti İqor Dodon Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

“Zati-aliləri.

Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin yaradılmasının 25 illiyi münasibətilə Sizi təbrik etməkdən xüsusi məmnunluq duyur, xalqlarımızın səmimi və dost münasibətlərinin davamlı olacağına əminliyimi ifadə edirəm.

Müasir tarixin bu dövrü ərzində siyasi dialoqun inkişafı, ticari-iqtisadi əməkdaşlığın möhkəmlənməsi və mədəni-humanitar əlaqələrin intensivləşdirilməsi, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində dövlətlərimiz arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində yaxşı irəliləyişə nail olduğumuzu qeyd etmək xoşdur.

Əminəm ki, ölkələrimiz üçün həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə faydalı olan bütün sahələrdə konstruktiv və səmərəli əməkdaşlığın genişlənməsi çərçivəsində birgə səylərimizlə yeni diqqətəlayiq nəticələr əldə edəcəyik.

Hörmətli cənab Prezident, Sizinlə Bakıda tezliklə görüşəcəyimə ümid edir və dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”, – təbrikdə qeyd edilir.

 

Gununsesi.info