Doğum evinə yeni baş həkim TƏYİN EDİLDİ

“Kliniki Tibbi Mərkəz” rublik hüquqi şəxsin tabeliyindəki 5 nömrəli Kliniki Doğum evinə yeni baş həkim təyin edilib.

Gununsesi.info xəbər verir ki, bu haqda Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib.

HTML tutorial

Onun sözlərinə görə, vəzifəyə təyin edilən Hüseynzadə Vəfa Oruc qızı tibb üzrə fəlsəfə doktorudur.

Qeyd edək ki, V.Hüseynzadə bundan əvvəl Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Zahılıq şöbəsinin müdiri vəzifəsində çalışıb.

Gununsesi.info