Doğum qeydiyyatına alınmayan uşaqların sayı AÇIQLANIB

  • By admin
  • 11 Avqust 2021 12:21

Hazırda hələ də kənd və qəsəbələrimizdə doğumu qeydə alınmayan uşaqlar var.

Gununsesi.info xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin rəisi Reyhanə Kərimova məlumat verib.

O bildirib ki, bu sahədə nazirlik müvafiq işləri davam etdirir, kənd və qəsəbələrdə əhalinin ağsaqqalları, həkim və digər şəxsləri ilə görüşlər həyata keçirilərək maarifləndirmə işləri aparılır:

“Bu ilin altı ayında 512 doğum qeydiyyatına alınmamış uşaq aşkarlanıb. Onlardan 485-nin doğumu dövlət qeydiyyatına alınıb. Digərlərinin isə doğum qeydiyyatına alınması üçün məhkəmə qaydasında hüquqi yardımın göstərilməsi təmin edilib”.