Doğum sayı kəskin azalıb, abort sayları isə kəskin artıb

  • By admin
  • 12 Avqust 2022 14:42

 

Dövlət Statistika Komitəsi (DSK) Azərbaycanda səhiyyəyə dair ötən ilin yekununa aid statistik göstəriciləri açıqlayıb.

Gununsesi.info bildirir ki, açıqlamaya əsasən ölkədə doğum sayı kəskin azalıb, abort sayları isə əksinə, kəskin artıb.

Doğum:

2019-cu ildə 141 min;
2020-ci ildə 125 min;
2021-ci ildə 110700.
Beləliklə, 2019-2021-ci illər ərzində Azərbaycanda doğuş sayı 30 min nəfər azalıb. Son 5 ildə doğuş sayında 50 min nəfərə yaxın azalma var.

Abort sayları:

2019-cu ildə 36 min;
2020-ci ildə 34 min;
2021-c ildə 47 min.
Deməli, bir il boyunca ölkədəki abort sayı 12 min nəfərdən çox və ya 35 faiz çoxalıb. Bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir. Artıq ilboyu qeydə alınan abortların doğuşlara nisbəti 42 faizə yüksəlib.
Cəmi bir il öncə bu göstərici 28 faiz, 5 il öncə isə 22 faiz idi.

 

Gülnar Məmmədli

Gununsesi.info