
Xoşqədəm Hidayətqızının həyat yoldaşı Türkiyəli müğənni Doğuş şou-biznes verilişlərinin birində gözlənilməz açıqlama verib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun açıqlaması aparıcını şoka salıb. Belə ki, Doğuş tezliklə qız övladına sahib olacaqlarını söyləyib: “Həyat yoldaşımla qız övladı istəyirik. Bunu açıq ürəklə deyirəm. Qızı da süni mayalanma ilə edəcəyik. Çünki, cinsiyyətini seçmək kimi bir haqqımız var”.
Qeyd edək ki, populyar Türk müğənnisi Doğuş 2014-cü ildən tanınmış jurnalist və tele-aparıcı Xoşqədəm Baxşəliyeva ilə evlidir. Cütlüyün bu nikahdan 2016-ci ildə əkiz oğlan övladları dünyaya gəlib.
Gülnaz Qənbərli
Gununsesi.info