Doğuşdan şanslı insanlar var…

Az bal toplasalar da, arzuladıqları ixtisasa qəbul olmasalar da, onların yaxşı imkanlı, əli hər yerə çatan valideynləri, qohum-əqrəbaları onlar üçün ömürlük zəmanətdir.

Əsas, gecə-gündüz oxuyub yüksək bal toplayan, istədiklərinə nail olan, amma dediyim şanslardan məhrum gənclərin qeydinə qalmaq lazımdır.

Çünki onlar “şanslıların” bir göz qırpımında əldə edəcəkləri uğurları illərlə əziyyət çəkərək qazanacaqlar. Ya bəxtləri gətirəcək, ya gətirməyəcək.

Ağıl verməyi sevmirəm, amma bu məqamda tövsiyəmi bölüşüm.

Nə olur olsun, özünüzü “yem” etməyin, sizdən bacarıqsız insanların sizi idarə etməsinə göz yummayın, necə deyərlər, susmaq lazım olan yerdə susmağı, danışmaq lazım olanda ürəyinizi boşaltmağı bilin. (Kobud və tərbiyəsizcəsinə deyil)

Çünki sizin yeganə gücünüz öz bacarığınız və ən əsası xarakteriniz olacaq. Bunları edərkən isə qəti surətdə insanlığınızı itirməyin. Adam öz gözündən düşərsə, bir də ondan “adam” olmaz.

Gülnarə İlham