Dollar bahalaşdı - MƏZƏNNƏ

  • By admin
  • 10 Noyabr 2016 09:10

dollar

Azərbaycan Mərkəzi Bankı (AMB) 10 noyabr tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Gununsesi.info-ya verilən məlumata görə, noyabrın 10-a olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 8-i ilə müqayisədə 0,57% möhkəmlənərək 1,6782 manata çatıb.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,48% zəifləyərək 1,8336 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,76% bahalaşaraq 0,0264 manat səviyyəsinə çatıb.

Türkiyə lirəsinin məzənnəsi isə 0,82% zəifləyərək 0,5215 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0832 manatdır. Beləliklə, funt sterlinq 0,78%-lik artım nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,25% azalaraq 0,6822 manat olub.

Anar

Gununsesi.info