
Azərbaycan Mərkəzi Bankı (AMB) 18 noyabr tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Gununsesi.info-ya verilən məlumata görə, noyabrın 18-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 17-si ilə müqayisədə 0,31% bahalaşaraq 1,7091 manat təşkil edib.
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,53% zəifləyərək 1,8128 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,4% ucuzlaşaraq 0,0263 manat olub.
Türkiyə lirəsinin məzənnəsi də 1,48% azalaraq 0,5055 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1200 manatdır. Beləliklə, funt sterlinq 0,1%-lik artılm nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi 0,3% bahalaşaraq 0,6878 manat olub.
Anar
Gununsesi.info