
Azərbaycan Mərkəzi Bankı (AMB) 7 dekabr tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Gununsesi.info-ya verilən məlumata görə, dekabrın7-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 6-sı ilə müqayisədə 17% bahalaşaraq 1,7369 manat təşkil edib.
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,14% zəifləyərək 1,8625 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,37% bahalaşaraq 0,0271 manata çatıb.
Türkiyə lirəsinin məzənnəsi 2,28% möhkəmlənərək 0,5035 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1995 manatdır. Beləliklə, funt sterlinqin 0,47%-lik azalması baş verib.
Gürcüstan larisinin məzənnəsi isə 0,37% bahalaşaraq 0,6785 manat olub.
Anar
Gununsesi.info