Dollar dəyişmədi, avro isə bahalaşdı - MƏZƏNNƏ

  • By admin
  • 22 Noyabr 2016 10:40

dollar_euro_140715_1_1

Azərbaycan Mərkəzi Bankı (AMB) 22 noyabr tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Gununsesi.info-ya verilən məlumata görə, noyabrın 22-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 21-i ilə müqayisədə dəyişməyərək 1,7091 manat təşkil edib.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,32% möhkəmlənərək 1,8166 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 1,13% bahalaşaraq 0,0268 manat olub.
Türkiyə lirəsinin məzənnəsi də 0,71% artaraq 0,5095 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1349 manatdır. Beləliklə, funt sterlinq 1,23%-lik artım nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi isə 0,31% ucuzlaşaraq 0,6850 manat olub.

Anar
Gununsesi.info