Dollar dəyişmək hansı bankda sərfəlidir? - SİYAHI

  • By admin
  • 12 İyul 2016 12:08

dollar

 

Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə olan məzənnəsinə görə, 1 ABŞ dolları 1.5518 manat olaraq müəyyənləşdirilib. Hazırkı vəziyyətdə isə bankların dolları hansı qiymətə alıb satmaqları 4% intervalında dəyişir.

Gununsesi.info xəbər verir ki, banklar dolları hansı qiymətə alıb, hansı qiymətə satır.

“AtaBank” – dan verilən məlumata görə, dolların alışı 1.5430, satışı isə 1.5900 manat olaraq müəyyənləşdirilib.

“UniBank” isə dolları nisbətən daha ucuz alır. Sözügedən bankda dolların alışı 1.5471, satışı isə 1.6133 manatdır.

“Bank of Baku” -dan verilən məlumata görə, dolların alışı 1.5600, satışı isə 1.5720 manat olaraq müəyyənləşdirilib.

“Kapital Bank” isə valyuta bazarında ən ucuz dollar alan bankdır. Sözügedən bank dolları 1.5220 alır, 1.6130 manat isə satır.

“AzərTürkBank” hazırda dolları ən baha alan bankdır. Dolların alışı 1.5490, satışı isə 1.6020 manat olaraq müəyyənləşdirilib.

Siyahısı təqdim olunan banklar sırasında ən baha dollar alan və satan bank “Bank of Baku” seçilib. Ən ucuz dollar alan bank isə “Kapital Bank”, ən baha dollar satan isə “UniBank” seçilib.

Qeyd edək ki, məzənnə 1 dollara uyğun hesablanıb.

 

Xəyalə Xanəziz