Azərbaycan Mərkəzi Bankı 25 iyul tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Gununsesi.info-ya verilən məlumata görə, iyulun 25-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7012 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1,9839 manat təşkil edir.
1 türk lirəsi 0,4787 manat, 1 rus rublu 0,0284 manat, 1 gürcü larisi isə 0,7078 manatdır.
Gununsesi.info