Dollar hərracda yenə bahalaşdı - MƏZƏNNƏ

  • By admin
  • 13 Dekabr 2016 12:11

herrac

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.

AMB-dən Gununsesi.info-ya verilən məlumata görə, hərrac 1 dollar üçün 1,7430 məzənnəsi ilə başlayıb və 1,7475 məzənnəsi ilə yekunlaşıb.

Qeyd edək ki, AMB ABŞ-ın milli valyutasının bu günə olan məzənnəsini 1,7430 manat səviyyəsində müəyyən edib.

Gununsesi.info