Dollar manata qarşı rekord həddə bahalaşdı - MƏZƏNNƏ

  • By admin
  • 14 Noyabr 2016 09:35

dollar

Azərbaycan Mərkəzi Bankı (AMB) 14 noyabr tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Gununsesi.info-ya verilən məlumata görə, noyabrın 14-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 11-i ilə müqayisədə 0,5% möhkəmlənərək 1,6954 manata çatıb.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,5% zəifləyərək 1,8307 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,38% ucuzlaşaraq 0,0259 manata enib.
Türkiyə lirəsinin məzənnəsi isə 0,3% möhkəmlənərək 0,5203 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1301 manatdır. Beləliklə, funt sterlinq 0,53%-lik artım nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi 1% bahalaşaraq 0,6864 manat olub.

Anar

Gununsesi.info