Dollar referenduma qədər 1.75 manat olacaq

  • By admin
  • 04 Avqust 2016 10:37

One hundred dollar notes are seen in this photo illustration at a bank in Seoul January 9, 2013. REUTERS/Lee Jae-Won

Bu günə dolların manata nisbətdə rəsmi məzənnəsi 1,5947 manat səviyyəsindəəyyən olunub. Bu barədə “Marja”ya Mərkəzi Bankdan bildirilib.

Avqustun 3-də USD/AZN rəsmi məzənnəsi 1.5915 manat səviyyəsində olub.

Gununsesi.info Azadlıq.info-ya istinadən xəbər verir ki, dolların bahalaşması davam edəcək. Iddia olunur ki, referenduma qədər dolların manata nisbətdə rəsmi məzənnəsinin 1.75 manat olacağı gözlənilir. Referendumdan sonra isə dolların bahalaşması sürətlə davam edəcək.

Ekspertlər isə hesab edir ki, dolların 1.75 – 1.80 manata qalxması daha tez baş verər. Çünki yeni tədris ilinin başlanması ilə məktəb ləvazimatlarının ölkəyə idxalına zərurər yaranır. Ölkəyə hər hansı məhsulu idxal etmək isə dollara tələbatın artması deməkdir. Bundan başqa bir müddət əvvəl bağlanan bankların əmanətçiləri də pullarını dollara çevirirlər. Elə bu səbəbdəndir ki, avqustun 2-nə maliyyə bazarında dollara tələbat 500 milyon manat olub.

Gununsesi.info