
Azərbaycan Mərkəzi Bankı (AMB) 26 dekabr tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Gununsesi.info-ya verilən məlumata görə, dekabrın 26-a olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 23-ü ilə müqayisədə dəyişməyərək 1,7622 manat təşkil edib.
Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,14% möhkəmlənərək 1,8438 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl stabil qalaraq 0,0289 manat səviyyəsində qərarlaşıb.
Türkiyə lirəsinin məzənnəsi 0,18% zəifləyərək 0,5014 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1637 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 0,06%-lik azalma baş verib.
Gürcüstan larisinin məzənnəsi də 0,16% möhkəmlənərək 0,6437 manat olub.
Anar
Gununsesi.info