Dollar sabit qaldı, avro isə bahalaşdı - MƏZƏNNƏ

  • By admin
  • 12 Yanvar 2017 09:00

merkezi bank

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Gununsesi.info-ya  verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 11-i ilə müqayisədə dəyişməyərək 1,7742 manat təşkil edib.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,48% möhkəmlənərək 1,8809 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,68% bahalaşaraq 0,0297 manat səviyyəsində qərarlaşıb.

Türkiyə lirəsinin məzənnəsi 1,59% zəifləyərək 0,4574 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1656 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 0,38%-lik artım baş verib.

Gürcüstan larisinin məzənnəsi də 0,15% möhkəmlənərək 0,6482 manat olub.

Gununsesi.info