
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən Gununsesi.info-ya verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 10-u ilə müqayisədə dəyişməyərək 1,7742 manat təşkil edib.
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,56% zəifləyərək 1,8719 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,34% ucuzlaşaraq 0,0295 manat səviyyəsində qərarlaşıb.
Türkiyə lirəsinin məzənnəsi 2,68% zəifləyərək 0,4648 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1575 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 0,1%-lik artım baş verib.
Gürcüstan larisinin məzənnəsi də 0,05% möhkəmlənərək 0,6472 manat olub.
Gununsesi.info